FAYDALI MƏLUMATLAR

Aqrar sahədə güzəşt tətbiq edilən texnikaların siyahısı

Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların
 
S İ Y A H I S I
 
Kənd təsərrüfatı texnikasının təyinatı
Texnika və texnoloji avadanlıqlar
1
 
Traktor və ekskavator (təkərli və tırtıllı)[1]
1.1. Ümumi təyinatlı kənd təsərrüfatı traktoru
1.2. Xüsusi təyinatlı kənd təsərrüfatı traktoru
1.3. Universal becərmə traktorları
1.4. Minitraktor
1.5. Yükləyici ekskavator[2]
2
Torpaq hazırlama və becərmə texnikası
2.1. Dönər kotan[3]
2.2. Riper
2.3. Kultivator
2.4. Hamarlayıcılar (diskli mala, dişli mala, lazer mala, rotorlu mala, vərdənə, frez və skreper)[4]
2.5. Daştəmizləyən və ya daşxırdalayan
2.6. Çalaqazan
2.7. Bitki qalıqlarını xırdalayan
2.8. Kanalaçanlar və suvarma şırımı açan
2.9. Tirədüzəldən
2.10. Çoxillik meyvə, giləmeyvə və çay bitkilərinin çətirinin yaş və quru budanmasında istifadə edilən texnika
3
Səpin və əkin texnikası
3.1. Toxumsəpən
3.2. Kombinəedilmiş toxumsəpən aqreqat
3.3. Şitiləkən
3.4. Kartofəkən
3.5. Meyvə tingi əkən maşın və qoşqu
3.6. Şitil hazırlayan konveyer
4
 Biçin və yığım texnikası, maşın və qoşquları
4.1. Dənli bitkiləri biçən kombayn və xeder, kombayna qoşulan samandoğrayan[5]
4.2. Pambıqyığan kombayn, maşın və qoşqu
4.2-1. Tütünyığan kombayn, maşın və qoşqu[6]
4.3. Şəkərçuğunduru yığan kombayn, maşın və qoşqu
4.4. Kartofyığan kombayn, maşın və qoşqu
4.5. Tərəvəzyığan kombayn, maşın və qoşqular (məhsul yığımı üçün hündürlüyü 5 metrdən artıq olmayan platforma)[7]
4.6. Bağçılıqda istifadə olunan kombayn və yığım maşını (o cümlədən qoşqu və platforma) [8]
4.7. Bitkilərin yerüstü kütləsinin biçilməsində və yığılmasında istifadə edilən texnika
4.8. Traktor qoşqusu (yedək)
4.9. Xüsusi təyinatlı qoşqu (heyvandaşıyan, dərman və gübrə daşıyan, rulon pres daşıyan, kənd təsərrüfatı təyinatlı çənlər, o cümlədən tutumu 5 tondan artıq olmayan yanacaq çənləri) [9]
4.10. Çay yığımında istifadə olunan avadanlıqlar
5
Gübrəsəpən və hazırlayan maşın, avadanlıq və qoşqular
5.1. Bərk mineral və üzvi gübrəsəpən
5.2. Maye mineral və üzvi gübrəsəpən
5.3. Üzvi gübrə və biogübrə hazırlayan maşın və avadanlıq[10]
6
Bitki mühafizəsi maşın və avadanlığı
6.1. Çiləyici
6.2. Tozlayıcı
6.3. Bitkilərin iqlim təsirlərindən mühafizəsi üçün istifadə olunan texnika və texnoloji avadanlıq (dolu topu, şaxta qovan avadanlıq, donmaya qarşı çiləyici-püskürdücü, qoşqu və eyni təyinatlı digər texnikalar)[11]
7
Suvarma sistemləri dəsti və suvarma avadanlığı[12]
7.1. Pivot tipli suvarma sistemi
7.2. Damcılı (yeraltı və yerüstü) və yağış yağdırma tipli suvarma sistemi[13]
7.3. Barabanlı (tamburlu) suvarma sistemi
7.4. Suvarmada istifadə olunan elektrikli və ya dizel mühərrikli səyyar su nasosları[14]
8
İlkin emal avadanlığı
8.1. Taxılyükləyən
8.2. Toxumqurudan[15]
8.3. Qərzəkli meyvə təmizləyən maşın
8.4. Məhsulun və toxumun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın[16]
8.5. Meyvə, tütün, çay və digər kənd təsərrüfatı məhsullarını qurudan maşın, avadanlıq və qurğular
8.6. Pambıq presləyici avadanlığı dəsti[17]
9
Heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, maşın, avadanlıq, aqreqat və qurğular
9.1. Süd sağım avadanlıq və aqreqatları
9.2. Qırxım aqreqatları
9.3. Üzvi gübrə separatorları
9.4. Fermanı üzvi tullantılardan təmizləyən avadanlıq
9.5. Qaşıma fırçası
9.6. İribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanması üçün qurğu və avadanlıq [18]
9.7. Quş qəfəsləri, damazlıq quşçuluq avadanlığı dəsti[19]
9.8. İnkubator dəstləri
10
Yem məhsullarının istehsalında, tədarükündə və yemləmədə, eləcə də məhsulun, mineral və üzvi gübrələrin yüklənməsində istifadə olunan maşın, avadanlıq və texnika[20]
10.1. Otbiçən kombayn , maşın və qoşqu[21]
10.2. Senaj və silos hazırlanmasında istifadə olunan kombayn və qoşqu
10.3. Dırmıq
10.4. Yığıb-presbağlayan və presi polietilen örtüyə bükən maşın
10.5. Traktora öndən quraşdırılan kənd təsərrüfatı təyinatlı yükləyici (həcmi 0.1-0.8 m3 -dən artıq olmayan çalov)[22]
10.6. Otçevirən, yandırmıqlı və samanqarışdıran texnika
10.7. Asılan, qoşulan və özüyeriyən tipli xırdalayıcı, qarışdırıcı və paylayıcı
10.8. Yem məhsulları istehsal edən texnoloji avadanlıq dəsti[23]
10.9. Yaşıl yem məhsulları yetişdirən texnoloji avadanlıq [24]
11
 
İnnovativ texnika və texnoloji avadanlıq
11.1. Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıq
11.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin layihələrində istifadə olunan kənd təsərrüfatı təyinatlı innovativ texnika və texnoloji avadanlıqlar
11.3. İqlim və suvarmaya nəzarət üçün aqrometereoloji cihaz və avadanlıqlar[25]
11.4. Toxum seleksiyası üçün sürətli hüceyrə artımı mühitini təmin edən innovativ laboratoriya avadanlıqları[26]
12.[27]
Kənd təsərrüfatı məhsullarının saxlanması üçün istifadə olunan avadanlıq
12.1. Həcmi 7000 kubmetrdən artıq olmayan meyvə-tərəvəz üçün soyuducu anbar dəstləri
12.2. Həcmi 6000 kubmetrdən artıq olmayan kartof üçün soyuducu anbar dəstləri
12.3. Soyuducu anbar təyinatlı texnoloji avadanlıqlar[28]
12.4. Həcmi 3000 kubmetrdən artıq olmayan heyvandarlıq məhsullarının saxlanması üçün avadanlıq və soyuducular [29]
12.5. Həcmi 5 tondan artıq olmayan süd çəni[30]
 
13.
Toxumun emalında istifadə olunan maşın və avadanlıq
13.1.Toxumun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın və avadanlıq
13.2. Toxumun qurudulması üçün maşın və avadanlıq
13.3. Toxumun dərmanlanması, astarlanması və qablaşdırılması üçün maşın və avadanlıq[31]
14.[32]
Arıçılıqda istifadə olunan avadanlıq və texnika
14.1. Təməl pətək emalı avadanlığı dəsti
14.2. Avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəsti
14.3. Tam avtomatlaşdırılmış 20 və 48 çərçivəlik balsüzən aparatlar
14.4. Arı ailələrinin daşınması üçün qoşqu
14.5. Bal arılarını gənələrdən təmizləmək üçün istifadə olunan qurğu[33]
15.
Baramaçılıqda istifadə olunan qurğu və avadanlıqlar
15.1. Modul tipli kümxana[34]