AQRO XƏBƏRLƏR

Fermerlər üçün "Fındıq bitkisinin budanması və cavanlaşdırılması" mövzusunda təlim materialı hazırlanıb

Kitabçada respublikamızda fındıq bitkisinin əkin sahəsi, məhsul istehsalı haqqında ümumi məlumatlara yer verilməklə yanaşı, cavan və məhsuldar fındıq kollarının budanması, fındıq kollarının cavanlaşdırılması, fındıq bitkisinin müasir əkin sistemləri və superintensiv tipli fındıq bağlarının salınması texnologiyası haqqında dəyərli məlumatlar öz əksini tapıb.
Kitabçadan kənd təsərrüfatı işçiləri, xüsusilə meyvəçilik sahəsində fəaliyyət göstərən sahibkarlar və onların mütəxəssisləri, fermerlər və həvəskar bağbanlar, eləcə də ali və orta ixtisas məktəb tələbələri istifadə edə bilər.