“Fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi" layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Aflatoksinlə bağlı laborator analizlərin aparılması təlimi baş tutub.

2023-04-20

Təlimə qatılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun və Agrarco LLC şirkətinin nümayəndələri fındıq nümunələrində Aflatoksinin müəyyən edilməsi metodu praktiki şəkildə nümayiş edilib. Aflatoksin insan və heyvan sağlamlığına təsir edən çox zəhərli kanserogendir və bu səbəbdən beynəlxalq bazarlarda müntəzəm sınaqlarla ciddi şəkildə tənzimlənir.
Təlimin məqsədi fındıq məhsullarında çox güclü toksik təsirə malik Aflatoksinin səmərəli ölçülmə metodunun öyrənilməsi və mövzu üzrə ilk dəfə bu sahənin laboratoriya şəraitində araşdırmanın aparılması olub.
Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilir.