“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlığın sürətləndirilməsi” layihəsi çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları təlimlərdə iştirak ediblər.

2023-04-04

“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlığın sürətləndirilməsi” layihəsi çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları təlimlərdə iştirak ediblər.
Təlim çərçivəsində İnstitutun Molekulyar biologiya laboratoriyasının mütəxəssisləri Zaqatalada fındıq kolleksiya bağında fındıq sortları xüsusiyyətlərinin səciyyələndirilməsi və analizlərinin aparılması üçün fəaliyyətlərdə iştirak ediblər.
Əldə olunmuş fındıq sortları nümunələrinin molekulyar biologiya laboratoriyalarında araşdırılması və nəticələrin layihənin araşdırma hissəsində istifadə edilməsi nəzərdə tutulur.
Layihə FAO - Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi