Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar:
-
Addım 1. Fermer - Toxumçu (Tingçi) - təchizatçı kimi EKTİS-də qeydiyyatdan keçir. Bunun üçün fermer əvvəlcədən AXA-dan bu statusu almışsa şəhadətnamə nömrəsi sistemə daxil etməklə qeydiyyatdan keçir. Bu statusu ilk dəfə almaq istəyən fermer AXA-da müvafiq xidmətə (toxumçu-tingçi şəhadətnaməsinin alınması) müraciət etməlidir.
Təchizatçı – Qaydanın 1.2.8-ci yarımbəndinə əsasən kənd təsərrüfatı istehsal vasitələrinin (toxum, ting, gübrə, pestisid) satışını həyata keçirən və EKTİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxsdir.
-
Addım 2. Fermer – Toxumçu (Tingçi) – ölkədə yetişdirdiyi toxum və ting ilə bağlı əkin subsidiyasına müraciət edərək aidiyyəti prosedurları keçir. Bu müraciətin olmaması satılan toxum və ya tingin mənbəyinin müəyyən edilməsi üçün araşdırmaya əsas edir.
-
Addım 3. Fermer – Toxumçu (Tingçi) – hər il istehsal etdiyi toxum və ting əkinlərinin aprobasiyası ilə bağlı müraciət edir.
-
Addım 4. AXA tərəfindən 10 gün müddətində əkin sahələrinin aprobasiyası həyata keçirilir və rəy EKTİS-ə daxil edilir.
-
Addım 5. Fermer -Toxumçu (Tingçi) – toxum və tinglərin sertifikatlaşdırılması üçün EKTİS vasitəsilə müraciət edir və AXA tərəfindən 15 gün müddətində istehsal edilmiş toxum və tinglərin sertifikatlaşdırılması həyata keçirilir.
-
Addım 6. Fermer - Toxumçu (Tingçi) – sertifikatlaşdırılmış toxum və tinglərin miqdarı barədə məlumatları Təchizatçı kimi EKTİS-ə (elektron anbarına) daxil edir.
-
Addım 7. Fermer - Toxumçu (Tingçi) - Təchizatçı olaraq EKTİS vasitəsilə toxum və tinglərin satışını həyata keçirir, bu barədə məlumatları EKTİS-ə daxil edir. İl üzrə aparılan satış barədə məlumatlar ən gec dekabrın 10-dək EKTİS-ə daxil edilməlidir.
-
Addım 8. Daxil edilən məlumatlar əsasında EKTİS-də hesablanan toxum subsidiyasının məbləği əks olunan elektron bəyannamə (müraciət) formalaşır və Fermer – Toxumçu (Tingçi) şəxsi kabineti vasitəsilə müraciəti təsdiq edir.
Qeyd: Subsidiyanın hesablanması zamanı fermerlərə əkin ehtiyaclarından artıq satılan toxum və tingin miqdarı nəzərə alınmır. Hər bir bitki üzrə hektara münasibətdə əkin ehtiyacı EKTİS-də əks olunur.
Qeyd: Subsidiya hər bir bitki üzrə Aqrar Subsidiya Şurası tərəfindən elan edilən toxum əmsalı, kvota (maksimum kq) üzrə verilir. Əmsallar və kvotalar EKTİS-də əks olunur.
Toxum subsidiyasının hesablanması = (Baza məbləği (200 azn) × toxum əmsalı (hər bitki üzrə elan edilir)) × fermerin subsidiyaya təqdim etdiyi toxum və ya tingin miqdarı × (kvota / subsidiyaya təqdim olunan toxum və tingin miqdarının cəmi)
-
Addım 9. AKİA tərəfindən elektron bəyannamələr təsdiq edildikdən 15 gün müddətində subsidiya ödənişi Fermer - Toxumçunun (Tingçinin) hesabına köçürülür.