Nazir Məcnun Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək

2023-08-03

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqustun 11-də, saat 09:00-da Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və ya +99460 5966962 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.