Aqrar Subsidiya Şurası 2025-ci il üçün subsidiya əmsallarını açıqlayıb

2024-09-03

Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2025-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:

Bitki növləri

Əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

Çəltik:

 

 

əsas əkinlər

1,9

380

təkrar əkinlər

0,6

120

Qarğıdalı:

 

 

əsas əkinlər (işğaldan azad edilmiş ərazilər istisna olmaqla):

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,45

290

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,15

230

təkrar əkinlər

0,6

120

Darı:

 

 

əsas əkinlər (işğaldan azad edilmiş ərazilər istisna olmaqla):

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,45

290

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,15

230

təkrar əkinlər

0,6

120

Sorqo:

 

 

əsas əkinlər:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,1

220

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,8

160

təkrar əkinlər

0,6

120

Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.):

 

 

İşğaldan azad edilmiş ərazilər üzrə (qarğıdalı və darı da daxil olmaqla):

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

2,0

400

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,7

140

Digər ərazilər üzrə:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,45

290

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,15

230

Yer fındığı:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,4

280

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,1

220

Zəfəran

2,2

440

Günəbaxan:

 

 

əsas əkinlər:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,9

180

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,6

120

təkrar əkinlər

0,6

120

Kartof:

 

 

əsas əkinlər:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,8

360

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,5

300

təkrar əkinlər

0,6

120

Tərəvəz:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,55

310

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,25

250

Bostan bitkiləri:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,4

280

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,1

220

Yonca:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,8

160

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,5

100

Digər bitkilər (pambıq, tütün, şəkər çuğunduru və soya istisna olmaqla):

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,95

190

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,65

130

Üzüm:

 

 

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar

40,0

8000

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar istisna olmaqla 2021-ci il sentyabrın 1-dən salınan bağlar

3,5

700

2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar

1,25

250

Çay:

 

 

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyaları

60,0

12000

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyaları istisna olmaqla 2019-cu ildən salınan çay plantasiyaları

4,0

800

2019-cu ildən əvvəl salınmış çay plantasiyaları

1,25

250

Meyvə:

 

 

İntensiv meyvə bağları:

 

 

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan intensiv meyvə bağları:

 

 

dağ və dağətəyi ərazilərdə salınan fındıq bağları

22,0

4400

nar bağları

15,0

3000

zeytun bağları

28,0

5600

limon və kinkan bağları

58,0

11600

naringi və portağal bağları

48,0

9600

şaftalı (nektarin) və ərik bağları

20,0

4000

püstə bağları

22,5

4500

armud bağları

40,0

8000

alma bağları

55,0

11000

gilas bağları

50,0

10000

xurma (xirnik) bağları

15,0

3000

badam bağları

17,5

3500

qoz bağları

16,5

3300

2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan digər intensiv bağlar

4,0

800

2021-ci il sentyabrın 1-dən əvvəl salınan intensiv bağlar

1,55

310

Digər meyvə bağları:

 

 

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları

4,0

800

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları

1,55

310

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmamış meyvə bağları

1,25

250

Giləmeyvə:

 

 

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş bağlar:

 

 

kivi bağları

48,0

9600

moruq bağları

16,0

3200

qarağat bağları

16,0

3200

böyürtkən bağları

16,0

3200

qaragilə (mavigilə) bağları

75,0

15000

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan kivi bağları istisna olmaqla 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları

3,3

660

Yuxarıda qeyd edilən giləmeyvə bağları istisna olmaqla digər giləmeyvə sahələri:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş sahələr

1,55

310

müasir suvarma sistemləri ilə təmin olunmamış sahələr

1,25

250

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilər

5,0

1000

Aqrar Subsidiya Şurası yaşıl subsidiyalar təşəbbüslərini dəstəkləyir
  • Ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin, habelə 2024-cü il noyabrda Bakı şəhərində keçiriləcək BMT-nin İqlim dəyişiklikləri üzrə 29-cu Tərəflər konfransının (COP 29) çağırışları nəzərə alınaraq iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli istifadənin və ətraf mühitin qorunmasının dəstəkənməsi məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan 1 hektara minimum 1500 tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat məbləğində əkin subsidiyası veriləcək. Habelə, işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrində becərilən dənli və dənli paxlalılara görə əkin subsidiyası 400 manat məbləğində müəyyən edilib.
 
  • Təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil ediləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən yanacaq qiymətlərinin artımı ilə bağlı əkin subsidiyası artırılır
  • 2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymətlərinin artımının müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə 2025-ci ildə dənli və dənli paxlalılar, kartof, tərəvəz və yonca bitkiləri, habelə təkrar əkinlər üzrə əkin subsidiyası artırılıb.
Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində dəstək artaraq davam edir
  • İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
  • alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
  • xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
  • limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
  • fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
  • badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
  • qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
  • əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
 
  • Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək:
  • İntensiv fındıq bağlarının hər hektarına görə 4400 manat;
  • İntensiv nar bağlarının hər hektarına görə 3000 manat;
  • İntensiv zeytun bağlarının hər hektarına görə 5600 manat məbləğində əkin subsidiyası veriləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2025-ci ilin yanvarın 1-dən mayın 31-dək:
  • Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 1 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat;
 
  • Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi intensiv nar bağlarının hər hektarına görə 3000 manat;
 
  • Abşeron-Xızı, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə azı 15 hektar sahədə salınan və 1 hektara minimum 1650 ədəd tingin əkildiyi intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat məbləğində əkin subsidiyası veriləcək.
 
Zeytun bağının salınmasına görə əkin subsidiyasının verilməsi üçün minimum sahənin növbəti (2025-2026) təsərrüfat ilində 50 hektar müəyyən edilməsi nəzərdə tutulur. Cari təsərrüfat ilində bu hədd 15 hektardır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
  • 2024-2025-ci il təsərrüfat ilində dəstəklənən bitkilər siyahısına nar, zeytun, fındıq, şabalıd, portağal, limon, kinkan, narıngi, şaftalı (nektarin), ərik, kivi, üzüm, çay, moruq bitkiləri ilə yanaşı, yeni bitkilər (qoz, alma, armud, gilas, püstə, xurma (xirnik), badam, qarağat, böyürtkən, qaragilə (mavigilə) də əlavə edilib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:
  • Quba-Xaçmaz iqtisadi rayonu istisna olmaqla digər rayonlarda hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan torpaqlarda süfrə üzüm sortlarından və Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında texniki üzüm sortlarından olan tinglərin bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən, sahəsi azı 2 hektar olan və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanan üzüm bağlarının hər hektarına görə 8000 manat;
 
  • Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 50 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı (nektarin) və ərik bağlarının hər hektarına görə 4000 manat əkin subsidiyası veriləcək.
 
  • Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarının hər hektarına görə 4500 manat əkin subsidiyası veriləcək.
 
  • Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən yuxarı olan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv armud bağlarının hər hektarına görə 8000 manat əkin subsidiyası veriləcək.
 
  • Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarında və Lerik rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv alma bağlarının hər hektarına görə 11000 manat əkin subsidiyası veriləcək.
 
  • Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəniz səviyyəsindən 700 metrdən aşağı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 1150 ədəd sertifikatlı tingin əkildiyi intensiv gilas bağlarının hər hektarına görə 10000 manat əkin subsidiyası veriləcək.
 
  • Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarının hər hektarına görə 3000 manat əkin subsidiyası veriləcək.
 
  • Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 200 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 5 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam bağlarının hər hektarına görə 3500 manat əkin subsidiyası veriləcək.
 
  • Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında dəniz səviyyəsindən 200 metrdən yuxarı olan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 250 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarının hər hektarına görə 3300 manat əkin subsidiyası veriləcək.
  • Yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 20000 ədəd sertifikatlı tingin əkildiyi çay plantasiyalarının hər hektarına görə 12000 manat məbləğində əkin subsidiyası veriləcək.
 
  • Qeyd edilən bağlara (püstə bağları istisna olmaqla) və çay plantasiyalarına görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
 
  • Bağın salınmasına görə əkin subsidiyasının alınması üçün bağların salınmasıda istifadə edilən tinglər fitosanitar cəhətdən reqlamentdə qeyd olunmuş zərərli orqanizmlərdən azad olmalıdır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:
  • Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınan və 1 hektara minimum 3400 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına 15000 manat məbləğində əkin subsidiyası veriləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan:
  • intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;
  • şabalıd bağlarının hər hektarına görə 800 manat;
  • damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;
  • damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat;
  • damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 3300 tingin əkildiyi qarağat və böyürtkən bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcək.
Aqrar Subsidiya Şurasının qərarına görə,
  • Çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.
 
  • Fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Lerik, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
 
  • Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
 
  • Limon, kinkan, naringi və portağal üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına, habelə Lerik rayonunun dəniz səviyyəsindən 300 metrdən yüksək olmayan ərazilərinə şamil edilir, digər ərazilər üzrə 0-a bərabər qəbul olunur.
 
  • Kivi üzrə əkin əmsalı Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası siyahısı genişlənir
  • Pambıq, şəkər çuğunduru, soya və tütün bitkiləri üzrə 2025-ci ildə yalnız məhsul subsidiyası veriləcək. Belə ki, bu ildə soya üzrə əkin subsidiyası da ləğv edilərək məhsul subsidiyasına keçilir, qarğıdalı və günəbaxan üzrə isə həm əkin, həm də məhsul subsidiyası veriləcək. 2025-ci ildən pambıq, şəkər çuğunduru, tütün və soya üzrə məhsul subsidiyaları müasir suvarma sistemlərinin tətbiqi baxımından fərqləndirilib. Məhsul subsidiyasının məbləğləri aşağıdakı kimi müəyyən edilib:

Bitki növləri

Məhsul əmsalı

Məhsul subsidiyası (manat/ton)

Pambıq:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,05

210

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,975

195

Tütün:

 

 

        Virciniya sortu, yaş

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,18

36

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,17

34

        digərləri:

 

 

                 Quru

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,1

220

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,0

200

                 Yaş

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,11

22

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,1

20

Şəkər çuğunduru:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,095

19

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,09

18

Soya:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,6

120

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,5

100

Qarğıdalı

0,25

50

Günəbaxan

0,25

50

Buğda

0,5

100

 
  • Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonlarına və Naftalan şəhərinə şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
 
  • Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
 
  • Qarğıdalı üzrə məhsul əmsalı qarğıdalıdan qarğıdalı yağı, nişasta, qlükoza və fruktoza istehsal edən müəssələrə təhvil verilən qarğıdalıya şamil edilir, digər hallarda 0-a bərabər qəbul edilir.
 
  • Buğda üzrə məhsul əmsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilsin, digər hallarda 0-a bərabər qəbul edilir.
Aqrar Subsidiya Şurası
  • 2025-ci il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadəsində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib. 2025-ci ildən alma, armud, gilas, nar, fındıq, üzüm, çay, badam, püstə, şaftalı, nektarin, ərik, xurma (xirnik), zeytun tingləri ilə yanaşı, limon, kinkan, naringi, portağal, qoz və şabalıd tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən ərzaqlıq buğda üzrə məhsul subsidiyasının verilməsi və qiymət fərqinin kompensasiyası üzrə dəstək 2024-cü ildə də davam etdirilir
  • “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının 5-ci hissəsinə müvafiq olaraq 2024-cü ildə məhsulun təhvil verilmə dövründə hər ay üzrə təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının məbləği, Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində 2024-cü il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 2023-cü il 24 avqust tarixli qərarı ilə müəyyən edilmiş məhsul subsidiyasının məbləği (100 man./ton) ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli 351s nömrəli Sərəncamı ilə müəyyən edilmiş ərzaqlıq buğdanın dövlət tədarük qiyməti (400 manat/ton) ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər ay üçün elan edilən ərzaqlıq buğdanın idxal qiymətinin orta statistik göstəricisi arasındakı fərqin (orta idxal statistik göstərici dövlət tədarük qiymətindən aşağı olduqda) cəmi kimi müəyyən edilib.