AQRO XƏBƏRLƏR

Ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır

2025-ci il məhsulu üçün müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır.
Öz sahələrində Pivot suvarma sistemi quraraq ərzaqlıq buğda əkini aparmaq istəyən fermerlər qeyd olunan tarixədək Nazirliyə müraciət edərək, müvafiq müqaviləni imzalamalıdır.
Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən istehsalın etibarlı təşkili ilə əlaqədar tədbirlər 2024-cü ildə də davam etdirilib.
2024-cü ilin məhsulu üçün müqavilə imzalanmış 29 təsərrüfatda 23765 hektar pivotaltı sahədə ərzaqlıq buğda əkini aparılıb.
Növbəti təsərrüfat ilində ərzaqlıq buğda əkini sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.