Nazir müavini Sarvan Cəfərov Hacıqabulda vətəndaşları qəbul edəcək
2023-04-10
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Sarvan Cəfərov aprelin 13-də, saat 09:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-544-74-94) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.