Heyvandarlıq

1. Xidmətin adı

Barama subsidiyası.

2. Xidmətin məzmunu

Ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın verilməsi.

3. Xidməti həyata keçirən qurumun və (və ya) struktur bölmənin adı

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - AKİA), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzləri (bundan sonra - DAİM).

4. Xidmətin icrasında iştirak edən digər qurum və ya struktur bölmənin adı

"ASAN xidmət" mərkəzlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, kiçik və orta biznes (bundan sonra - KOB) evlərində KOB dostu.

5. Xidmətin hüquqi əsası

           •   Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın

(bundan sonra - Qayda) 1.2.14-cü yarımbəndi və 4.3-cü bəndi

6. Xidmətin həyata keçirilmə formaları

•    Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;

•    Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması

7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması

•   E-poçt vasitəsilə məlumatlandırma;

•   Şəxsi kabinet vasitəsilə məlumatlandırma;

•   SMS vasitəsilə məlumatlandırma.

8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Subsidiyanın verilməsi.

9. Xidmət istifadəçisi barədə məlumat 

Fiziki və hüquqi şəxslər (fermer)

Qeyd: Fermer - kənd təsərrüfatı məhsullarının istehsalçısı olan, FİN/VÖEN nömrəsi və öz adına olan mobil nömrə əsasında “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçən şəxsdir.

10. Xidmətin həyata keçirilməsi müddəti

Müraciət DAİM tərəfindən təsdiq edildikdən sonra 15 iş günü ərzində.

11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti

Elektron qaydada formalaşan müraciət ərizələri real vaxt rejimində təsdiq və qəbul olunur.

12.Xidmətin göstərilmə yeri

EKTİS (elektron mühitdə), DAİM, "ASAN xidmət" mərkəzləri və ya KOB-un inzibati binalarında.

13.Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları

Qaydanın 2.10-cu, 4.3-cü bəndləri və 4.4.4-cü yarıminə əsasən subsidiyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

        •     fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;

        •     təhvil verilən barama əyrilən və ya karapaçax;

        •     tələb olunan məlumatlar və sənədlər EKTİS-ə düzgün və ya vaxtında təqdim edilmədikdə.

14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

        •     Elektron bəyənnamə;

        •     İstehsal edilən yaş baramanın tədarükçülərə təhvil verilməsini təsdiq edən sənədlər (Məhsulun qəbul qəbzi)

        •   Tədarükçülərin fermerdən tədarük etdiyi yaş barama barədə məlumatlar (qəbul məntəqəsi, baramanın cinsi, növü, çəkisi, təhvil alma tarixi)

15. Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank  və s.) nümunələri

Ərizə və sənədlər EKTİS-də avtomatlaşdırılmış qaydada formalaşır və elektron kabinet vasitəsilə fermerə təqdim olunur.

16. Xidmətin ödənişli və ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsiz.

17. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Addım 1. Barama yetişdirmək istəyən fermerlər kümçü olmaq üçün hər il fevral ayı ərzində kümçü olma tələbləri ilə tanış olur və şərtlərə uygun kümxanaları varsa, barama toxumu və tut ipək qurdu almaq üçün müraciət edirlər.

Addım 2. Aldıqları barama toxumu və tut ipək qurdları barədə informasiya hər il 10 aprel - 15 may tarixləri arasında EKTİS-də bəyan edilir. Alış EKTİS vasitəsilə həyata keçirilibsə, bu barədə informasiya avtomatlaşdırılmış qaydada fermerin şəxsi kabinetində əks olunur.

Addım 3. Fermer istehsal etdiyi yaş baramanı tədarükçüyə təhvil verir.

Addım 4. Təhvil verilən yaş barama miqdarı ilə bağlı fermer tərəfindən qəbzin sürəti, tədarükçü tərəfindən isə elektron məlumat hər il iyunun 30-dək EKTİS-ə daxil edilir.

Addim 5. Daxil edilən məlumat əsasında elektron bəyannamə formalaşır və fermerin şəxsi kabinetində  "Subsidiyalar" bölməsində əks olunur. Yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 manat məbləğində subsidiya hesablanır.

Addım 6. Fermer 1-15 iyul tarixləri arasında şəxsi kabinetində əks olunan elektron bəyannamədəki (ərizə) məlumatlarla razılaşırsa, subsidiyaya müraciətini təsdiq edir. Razılaşmadığı təqdirdə isə EKTİS vasitəsilə tədarükçüyə və ya DAİM-ə müraciət edir və məsələ aydınlaşdırıldıqdan sonra müraciətini təsdiq edir.

Addim 7. Fermer tərəfindən təsdiq edilən elektron bəyannamələr real vaxt rejimində DAİM-ə daxil olur və DAİM tərəfindən 3 gün müddətində təsdiq edilir.

Addım 8. Təsdiq edilən müraciətə əsasən AKİA tərəfindən 15 iş günü müddətində subsidiya ödənişi həyata keçirilir.

Tədarükçülər - Qaydanın 1.2.7-ci yarımbəndinə əsasən EKTİS-də qeydiyyatdan keçən və kənd təsərrüfatı məhsullarının tədarükünü (alışını) həyata keçirən fiziki və hüquqi şəxslərdir.

18. Xidmətdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barəda məlumatlar

Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikasinın Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.

19. Xidmətin həyata keçirilməsində istifadə  edilən informasiya sistemi və  ehtiyatları

EKTİS.

20. Xidmətin elektronlaşma  səviyyəsi

Elektronlaşdırılıb.

21. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi

Qismən avtomatlaşdırılıb.