Heyvandarlıq

Heyvan subsidiyası nədir ?
Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya;
Hansı hallarda subsidiya verilməsi dayandırıla bilər ?
•   fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
•   süni mayalanma bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və EKTİS-də qeydiyyatdan keçmiş mütəxəssislər tərəfindən həyata keçirilmədikdə;
•   süni mayalanma məqsədi ilə yaradılmış və həmin mərkəzlərdə istehsal olunmuş, habela EKTİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilmədikdə;
•   doğulan heyvan sağlam olmadıqda;
•   buzov ölkəyə idxal olunan cins heyvandan doğulduqda;
• tələb olunan məlumatlar vaxtında və ya düzgün təqdim edilmədikdə

Buzov subsidiyasının məbləği ?
Cavab: Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir.
Arı subsidiyası nədir ?
Cavab: Hər arı ailəsinə (pətəyə) görə verilən subsidiyadır.
Arı subsidiyasının məbləği ?
Cavab:  Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində müəyyən edilir və 2023-cü ilədək verilir.
Arı ailələrinin bəyan edilmiş sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olarsa subsidiya hansı qaydada verilir ?
Cavab: Arı ailələrinin bəyan edilmiş sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda, arı subsidiyası aşağıdakı qaydada verilir:
fərq 10 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş arı ailələrinin sayına görə verilir; fərq 10–30 faiz olduqda, cari il ərzində arıçıya subsidiya ödənilmir;
fərq 30 faizdən çox olduqda, arıçıya cari il və sonrakı il ərzində subsidiya ödənilmir.
 
Barama subsidiyası nədir ?
Cavab: Ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən subsidiyadır.
Barama subsidiyasının məbləği ?
Cavab: Barama subsidiyası barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 (altı) manat məbləğində verilir.
Barama subsidiyası ilə bağlı sənədlər nə vaxtadək sistemə daxil edilməlidir?
Cavab: Barama subsidiyası ilə bağlı fermerlərin yaş baramanı tədarükçüyə təhvil verməsi barədə sənədlər və tədarükçülərin fermerlərdən tədarük etdikləri yaş baramanın miqdarına dair məlumatlar hər il iyun ayının 30-dək SİS-ə daxil edilməlidir.