Toxum subsidiyası

                               “Toxum subsidiyasının verilməsi” xidmətinə dair reqlament

1. Xidmətin adı
Toxum subsidiyası.
2. Xidmətin məzmunu
Ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə subsidiyanın verilməsi.
3. Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - AKİA), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzləri (bundan sonra - DAİM).
4. Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra - AXA) "ASAN xidmət" mərkəzlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, kiçik və orta biznes (bundan sonra - KOB) evlərində KOB dostu.
5. Xidmətin hüquqi əsası
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın (bundan sonra - Qayda) 1.2.11-ci yarımbəndi və 3-cü hissəsi.
6. Xidmətin həyata keçirilmə formaları
          •   Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;
          •   Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması.
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
          •   E-poçt vasitəsilə məlumatlandırma;
          •   Şəxsi kabinet vasitəsilə məlumatlandırma;
          •   SMS məlumatlandırma.
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
Subsidiyanın verilməsi.
9. Xidmət istifadəçisi barədə məlumat 
Fiziki və hüquqi şəxslər
Qeyd: Fermer - Toxumçu (Tingçi) – kənd təsərrüfatı məhsullarının istehsalçısı, eyni zamanda kənd təsərrüfatı istehsal vasitələri (toxum) satıcısı olan, FİN/VÖEN nömrəsi və öz adına olan mobil nömrə əsasında "Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) qeydiyyatdan keçən şəxsdir.
 
 
10. Xidmətin həyata keçirilməsi müddəti
Elektron bəyənnamə AKİA tərəfindən təsdiq edildikdən sonra 15 gün ərzində.
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti 
Elektron qaydada formalaşan müraciət ərizələri real vaxt rejimində təsdiq və qəbul olunur.
12. Xidmətin göstərilmə yeri
EKTİS (elektron mühitdə), DAİM, “ASAN xidmət” mərkəzləri və ya KOB-un inzibati binalarında.
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları 
Qaydanrn 2.10-cu, 3.6-cı, 3.7-ci, 3.18-ci bəndləri, 1.2.11-ci, 3.8.4-cu yarımbəndlərinə əsasən subsidiyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
  •  fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
·          yaşayış məntəqələrinin, habelə kateqoriyası kənd təsərrüfatı olmayan digər torpaqlarda əkin aparıldıqda;
·          1-ci və 2-ci reproduksiyalı olmayan, əkin/səpin ehtiyacından artıq satılan, habele ölkədə istehsal edilməyən  toxum və ya ting satışı ilə baglı müraciət edildikdə;
·          tələb olunan sənədlər və məlumatlar düzgün və vaxtında təqim edilmədikdə.
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
·          proqnozlaşdırılan və aparılan toxumluq əkin və ting sahələri barədə informasiya;
·          toxum subsidiyasına müraciət barədə elektron bəyannamə;
·          toxum və tingin satışını təsdiq edən sənədlər.
15. Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə və sənədlər EKTİS-də avtomatlaşdırılmış qaydada formalaşır və elektron kabinet vasitəsilə fermerə təqdim olunur.
16. Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsiz.
 
 
17. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Addım 1. Fermer - Toxumçu (Tingçi) -  təchizatçı kimi EKTİS-də qeydiyyatdan keçir. Bunun üçün fermer əvvəlcədən AXA-dan bu statusu almışsa şəhadətnamə nömrəsi sistemə daxil etməklə qeydiyyatdan keçir. Bu statusu ilk dəfə almaq istəyən fermer AXA-da müvafiq xidmətə (toxumçu-tingçi şəhadətnaməsinin alınması) müraciət etməlidir.
Təchizatçı – Qaydanın 1.2.8-ci yarımbəndinə əsasən kənd təsərrüfatı istehsal vasitələrinin (toxum, ting, gübrə, pestisid) satışını həyata keçirən və EKTİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxsdir.
Addım 2. Fermer – Toxumçu (Tingçi) – ölkədə yetişdirdiyi toxum və ting ilə bağlı əkin subsidiyasına müraciət edərək aidiyyəti prosedurları keçir. Bu müraciətin olmaması satılan toxum və ya tingin mənbəyinin müəyyən edilməsi üçün araşdırmaya əsas edir.
Addım 3. Fermer – Toxumçu (Tingçi) – hər il istehsal etdiyi toxum və ting əkinlərinin aprobasiyası ilə bağlı müraciət edir.
Addım 4. AXA tərəfindən 10 gün müddətində əkin sahələrinin aprobasiyası həyata keçirilir və rəy EKTİS-ə daxil  edilir.
Addım 5. Fermer -Toxumçu (Tingçi) – toxum və tinglərin sertifikatlaşdırılması üçün EKTİS vasitəsilə müraciət edir və AXA tərəfindən 15 gün müddətində istehsal edilmiş toxum və tinglərin sertifikatlaşdırılması həyata keçirilir.
Addım 6. Fermer - Toxumçu (Tingçi) – sertifikatlaşdırılmış toxum və tinglərin miqdarı barədə məlumatları Təchizatçı kimi EKTİS-ə (elektron anbarına) daxil edir.
Addım 7. Fermer - Toxumçu (Tingçi) - Təchizatçı olaraq EKTİS vasitəsilə toxum və tinglərin satışını həyata keçirir, bu barədə məlumatları EKTİS-ə daxil edir. İl üzrə aparılan satış barədə məlumatlar ən gec dekabrın 10-dək     EKTİS-ə daxil edilməlidir.
Addım 8. Daxil edilən məlumatlar əsasında EKTİS-də hesablanan toxum subsidiyasının məbləği əks olunan elektron bəyannamə (müraciət) formalaşır və Fermer – Toxumçu (Tingçi)  şəxsi kabineti vasitəsilə müraciəti təsdiq edir.
Qeyd: Subsidiyanın hesablanması zamanı fermerlərə əkin ehtiyaclarından artıq satılan toxum və tingin miqdarı nəzərə alınmır. Hər bir bitki üzrə hektara münasibətdə əkin ehtiyacı EKTİS-də əks olunur.
Qeyd: Subsidiya hər bir bitki üzrə Aqrar Subsidiya Şurası tərəfindən elan edilən toxum əmsalı, kvota (maksimum kq) üzrə verilir. Əmsallar və kvotalar EKTİS-də əks olunur.
Toxum subsidiyasının hesablanması = (Baza məbləği (200 azn) × toxum əmsalı (hər bitki üzrə elan edilir)) × fermerin subsidiyaya təqdim etdiyi toxum və ya tingin miqdarı × (kvota / subsidiyaya təqdim olunan toxum və tingin miqdarının cəmi)
Addım 9. AKİA tərəfindən elektron bəyannamələr təsdiq edildikdən 15 gün müddətində subsidiya ödənişi          Fermer - Toxumçunun (Tingçinin) hesabına köçürülür.
18.Xidmətdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəməyədənkənar) həlli imkanları barədə məlumatlar
Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
19.Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemi və ehtiyatları
EKTİS.
20.Xidmətin elektronlaşma səviyyəsi
Elektronlaşdırılıb.
21.Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
Qismən avtomatlaşdırılıb.
22.Xidmətdə dəyişikliklər edilməsinin və xidmətin ləğv olunmasının hüquqi əsası və tarixi