Toxum subsidiyası

Toxum subsidiyası – ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiya;
Toxum subsidiyası Şuranın müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə gorə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Fermerə satılmış toxum və tinglərin toxum subsidiyasının hesablanmasında nəzərə alınan miqdarı istifadə olunan torpaq sahəsinə muvafiq olaraq hesablanan səpin və ya əkin ehtiyacına görə müəyyən edilir. Toxum və ting istehsalı sahələri və miqdarına dair proqnozlar iyun ayının 1-dək, toxum və tingin satışına dair məlumatlar və sənədlər dekabr ayının 10-dək SİS-ə daxil edilir və AKİA tərəfindən təsdiq edilir.
Məmməd dayı Hacıqabul rayonunun Meyniman kəndindəki 4 ha toxumçuluq təsərrüfatında 1-ci reproduksiyalı buğda toxumu istehsal edir. O, toxum subsidiyası almaq üçün nə etməlidir?
 Məmməd dayı SİS vasitəsi ilə subsidiya üçün müraciət edir. Buğda üzrə toxum əmsalı 0.0004,buğda toxumu üzrə kvota 9000 ton müəyyən olunmuşdur. Əkin ehtiyacı 1 ha ucun 220 kq-a bərabərdir. Məmməd dayının 4 ha sahədən istehsal edib 20 nəfərə 50 ha əkin sahəsi ucun satdığı toxumun miqdarı 12 tondur.
Toxum subsidiyasının hesablanması:
1 kq üçün 0.0004 x 200 =0.08 AZN və ya 1 ton ucun 80 AZN
Məmməd dayı toxum subsidiyasına 50 ha ucun yalnız 11 ton (50 x 220 kq) təqdim edə bilər.
Toxum subsidiyasına cəmi 10000 ton 1-ci reproduksiyalı buğda toxumu təqdim edilmişdir.
Məmməd dayı 80 x 11 x 9000 /10000 = 792 AZN toxum subsidiyası alacaq.