Heyvan (buzov)

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Addım 1. Fermer heyvanı süni mayalandırmaq məqsədilə süni mayalandırma mütəxəssisi (bundan sonra – SMM) ilə əlaqə saxlayır, heyvanı barədə məlumatı verir, şərtlərdə şifahi razılaşma olduqda ünvanını bildirərək mayalanma üçün gəliş vaxtı dəqiqləşdirilir.
    Addım 2. SMM fermer ilə müqavilə bağlayaraq heyvanı süni mayalandırdıqdan sonra birkalayır və bununla bağlı məlumatları EKTİS-ə daxil edir.
    • Fermer ona ən yaxın SMM barədə məlumatı EKTİS-də şəxsi kabineti vasitəsilə, DAİM və ya Çağrı mərkəzinə müraciət etməklə əldə edə bilər.
    • İlk süni mayalanma uğursuz olduqda müqavilə şərtlərinə uyğun olaraq təkrar mayalanma aparıla bilər.
    • Fermer heyvanları barədə məlumatı əvvəlcədən EKTİS-də şəxsi kabinetində "Heyvanlarım" bölməsində sistemə daxil edə bilər.
    Addım 3. Fermer doğulan buzov (mayalanmadan təqribən 9 ay sonra) barədə dərhal SMM-nə xəbər verir.
    Addım 4. Buzov doğulduqdan 10 gün sonra 5 gün müddətində SMM tərəfindən həmin buzovun da birkalanması həyata keçirilir, buzovla bağlı məlumatlar və buzovun şəkli EKTİS-ə daxil edilir və bu haqda bildiriş EKTİS vasitəsilə ən yaxın EKTİS-də qeydiyyatda olan sahə baytarına göndərilir.
    Addım 5. Sahə baytar mütəxəssisi 5 gün müddətində buzovun sağlamlığını yoxlayır və bu barədə məlumatı EKTİS-ə daxil edir.
    • Sahə baytar mütəxəssisi sözügedən məlumatı tələb olunan müddətdə EKTİS-ə daxil etmirsə və ya fermer verilmiş məlumatlar ilə razı deyilsə 3 gün müddətində DAİM-i məlumatlandırmalıdır. DAİM 5 gün müddətində əlavə mütəxəssis cəlb etməklə buzovun sağlamlığını yenidən yoxlatdırmalı və bu barədə məlumatı EKTİS-ə daxil etməlidir.
    Addım 6. Daxil edilən məlumatlar əsasında subsidiyaya müraciət avtomatlaşdırılmış qaydada formalaşır və subsidiya məbləği hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir. Fermer tərəfindən EKTİS-də şəxsi kabinetində formalaşan subsidiyaya müraciət təsdiq edilir.
    Addım 7. Daha sonra DAİM tərəfindən 10 gün müddətində yerində müşahidə əsasında monitorinq həyata keçirilərək heyvanın mövcudluğu müəyyən edilir və müraciət təsdiqlənir.
    • Sahə baytar mütəxəssisinin məlumatından şikayət təqdim edilmiş və DAİM vasitəsilə əlavə mütəxəssis cəlb edilməklə sağlamlığın yoxlanması həyata keçirilibsə DAİM fermerin ərizə təsdiqindən sonra yerində müşahidəni həyata keçirməyərək subsidiyaya müraciəti təsdiq edir.
    Addım 8. DAİM tərəfindən təsdiq edildikdən sonra 15 iş günü müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kedit və İnkişaf Agentliyi (bundan sonra - AKİA) subsidiya ödənişinin fermerin hesabına köçürülməsini həyata keçirir.