Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Addım 1. Fermer-arıçı sahib olduğu arı ailələrinin (pətəklərinin) uçotunu həyata keçirir, öz hesabına hər pətəyə lövhənin vurulmasını təmin edir.
    Qeyd 1: Fermer-arıçı həvəskar və ya peşəkar arıçı olaraq müvafiq baytarlıq-sanitariya pasportuna sahib olan şəxsdir.
    Addım 2. Fermer məlumatları (arıxananın adı, ünvanı, pətək sayı, qeydiyyat lövhəsinin alınıb alınmadığı, identifikasiya nömrəsi) EKTİS-ə daxil etməklə pətəklərin qeydiyyatını həyata keçirir.
    Addım 3. Fermer hər il aprel ayının 30-dək həmin ailələrin mövcud vəziyyəti barədə məlumatları EKTİS-də yeniləyir, məhv olan və ya yeni yaranan pətəklər barədə informasiya verir.
    Addım 4. EKTİS hər il mayın 15-dək mövcud arı ailələrinin (pətəklərinin) sayına əsasən subsidiya müraciətini (elektron bəyannamə) avtomatik qaydada formalaşdırır və fermerin kabinetinə göndərir.
    Arı subsidiyası = pətək sayı x 10 azn olaraq müəyyən edilir
    Addım 5. Fermer hər il mayın 25-dək kabinetində formalaşan subsidiyaya müraciəti təsdiq edir.
    Addım 6. AKİA hər il 25 may-30 may arası 5 gün müddətində təsdiqlənən müraciətlərdən yenində müşahidə ilə monitorinq ediləcəkləri seçmə üsulu ilə müəyyən edir.
    Addım 7. DAİM tərəfindən yerində müşahidə ilə seçilənlərin monitorinqi həyata keçirilir.
    Addım 8. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar EKTİS vasitəsilə bildiriş göndərilir və subsidiya məbləği azaldılır. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq Qaydanın 5.3-cü bəndinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir.
    Addım 9. Müraciətlər DAİM tərəfindən təsdiq edildikdən sonra AKİA 15 iş günü müddətində subsidiya ödənişini həyata keçiririr.
    Qeyd 2: Arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində subsidiya hesablanır və 2023-cü ilədək verilir.
    Qeyd 3: Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında Qaydanın 5.3-cü bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer AKİA-ya geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır.