Aşağı faizli kreditlər

  • Borcalana aid vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş formada)
  • VÖEN-in (vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi)  surəti (notarial qaydada təsdiq olunmuş formada)
  • Borcalanın layihə üzrə torpaqsənədin surəti (notarial qaydada təsdiq olunmuş formada)
  • EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) arayışı. (Arayış Müvəkkil Kredit Təşkilatı (MKT) tərəfindən təqdim olunur)
  • Borcalan heyvandarlıq təsərrüfatı ilə məşğul olursa, təsərrüfatın olduğu rayonda fəaliyyət göstərən DAİM (Dövlət Aqrar İnkişaf Mərkəzi) arayışı
  • Kredit komitəsinin və ya səlahiyyətli şəxsin qərarı (imza və möhürlü)
  • Mülkiyyət paylıdırsa digər pay sahiblərinin notarial razılığı
  • Forma 1 (borcalanın ünvanı, əlaqə telefon vasitələri, mövcud fəaliyyəti, layihənin maliyyə mənbəyi, alınacaq kreditin məbləği, müddəti, faiz dərəcəsi, kreditin konkret təyinatı, kreditin növü, faktiki və yeni yaradılacaq iş yerləri və.s kimi məlumatların əks olunduğu formadır).
  • Forma 2 (borcalanın hüquqi ünvanı, mövcud torpaq sahəsi, girov təminatı, girov təminatın ünvanı, girov təminatının qiymətli və.s kimi məlumatların əks olunduğu formadır).
  • Təsərrüfat və müraciət üzrə qısa xülasə (məlumatlar aydın və dolğun qeyd olunmalı)  
  • Vəsaitin ayrılması üçün kredit təşkilatının səlahiyyətli şəxsin adından imzalı və möhürlü müraciət məktubu 
  • Zamin və ya zaminlərin şəxsiyyətini təsdiq edən sənədin surəti
  • Girov təminatı ilə bağlı sənədin surəti və qiymətləndirmə aktı
Qeyd: Forma 1, Forma 2, müraciət üzrə qısa xülasə, kredit komitəsinin qərarı, vəsaitin ayrılması məktubu və qiymətləndirmə aktı aidiyyatı üzrə həmin bank və ya kredit təşkilatı tərəfindən təqdim olunur.  Borcalanın ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi üçün bank və ya kredit təşkilatı əlavə təsdiqedici sənədlər tələb edə bilər.