Mikrokreditlər

  • Borcalana aid vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti
  • VÖEN-in (vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi)  surəti
  • Borcalanın torpaq sənədin surəti
  • EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) arayışı. (Arayış Müvəkkil Kredit Təşkilatı (MKT) tərəfindən imza və möhürlə təsdiq olunmuş formada təqdim olunur)
  • Kredit komitəsinin və ya səlahiyyətli şəxsin qərarı (imza və möhürlü)
  • Borcalana aid Mərkəzləşdirilmiş Kredit Bürosundan çıxarış (MKB) (imza və möhürlü)
  • Forma 1 (borcalanın ünvanı, əlaqə telefon vasitələri, mövcud fəaliyyəti, layihənin maliyyə mənbəyi, alınacaq kreditin məbləği, müddəti, faiz dərəcəsi, kreditin konkret təyinatı, kreditin növü, faktiki və yeni yaradılacaq iş yerləri və.s kimi məlumatların əks olunduğu formadır).
  • Təsərrüfat və müraciət üzrə qısa xülasə (məlumatlar aydın və dolğun qeyd olunmalı)  
  • Vəsaitin ayrılması üçün kredit təşkilatının səlahiyyətli şəxsin adından imzalı və möhürlü müraciət məktubu 
Qeyd: Forma 1, müraciət üzrə qısa xülasə, EKTİS arayışı, MKR çıxarışı, kredit komitəsinin qərarı və vəsaitin ayrılması məktubu aidiyyatı üzrə həmin bank və ya kredit təşkilatı tərəfindən təqdim olunur.  Borcalanın ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi üçün bank və ya kredit təşkilatı əlavə təsdiqedici sənədlər tələb edə bilər.